“Çelsi”nin baş məşqçisi Frenk Lempard klubun ukraynalı cinah oyunçusu Mixail Mudriki “Everton”a rəhbərlik edərkən almaq istədiyini etiraf edib.
Newsport.az-ın məlumatına görə, Lempard bu transferin o zaman alınmadığını deyib:
“Everton”da olanda onu transfer etmək istəyirdim. Çox güman ki, bu, o vaxt alınmayacaqdı. Sonra o, “Çelsi”yə keçdi”.
Lempard 2022-ci ilin yanvarından 2023-cü ilin yanvarına kimi “Everton”a rəhbərlik edib.
Mudrik bu ilin əvvəlində “Şaxtyor”dan 70+30 milyon avroya “Çelsi”yə keçib.