Neymar Səudiyyə Ərəbistanı klubunda ilk qolunu vurdu

"Əl-Hilal"ın futbolçusu Neymar yeni klubunda ilk qolunu vurub.

Newsport.az xəbər verir ki, o,  Asiya Çempionlar Liqasının qrup mərhələsində İranın “Nassaji Mazandaran” klubuna qarşı matçda komandasının 2-ci qolunun müəllifi olub. Braziliyalı hücumçu bundan əvvəlki 4 görüşdə fərqlənə bilməmişdi. Matç isə Səudiyyə Ərəbistanı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 “Nassaji Mazandaran” - "Əl-Hilal" - 0:3
Qollar
: Mitroviç, 18, Neymar, 58, Əl-Şehri, 90+3

“Əl-Hilal” D qrupunda liderliyi Özbəkistanın “Navbahor”u ilə bölüşür. Keçirilən iki oyundan sonra hər iki komandanın dörd xalı var. "Nassaji Mazandaran" üç xalla üçüncü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right