Alman azarkeşlərdən UEFA-ya etiraz Foto

"Union Berlin" Çempionlar Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində öz meydanında "Braqa"nı qəbul edir.

Newsport.az-ın məlumatına görə, Almaniya təmsilçisinin azarkeşləri bu matçda UEFA-ya etirazlarını bildiriblər. Oyunun Berlin Olimpiya Stadionunda keçirilməsindən narazı qalan yerli fanatlar böyük şüar yazıblar.

Azarkeşlər UEFA-nın yalnız pulu düşündüyünü ifadə ediblər: "İdmanı vecinizə almırsınız. Düşündüyünüz yeganə şey puldur".

Qeyd edək ki, "Union Berlin" Bundesliqada ev oyunlarını "An der Alten Försterei Stadion" stadionunda keçirir. UEFA-nın qərarı ilə komanda Cempionlar Liqası matçlarını bu arenada keçirə bilməyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right