Kriştiano Ronaldo ən yaxşı seçildi

Səudiyyə Ərəbistanl çempionatında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, başa çatan ayın ən yaxşısı adına "Əl Nəssr"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı hücumçu azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

Qeyd edək ki, Kriştiano Ronaldo ölkə çempionatında sentyabr ayı ərzində meydana çıxdığı 4 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right