Ratkliff “Mançester Yunayted”in səhmlərini ala bilər

Britaniyalı milyarder Cim Ratkliff “Mançester Yunayted”in səhmlərini ala bilər. Newsport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
 
Bildirilib ki, Ratkliff səhmlərin 25 faizinə sahib çıxmaq üçün klubun hazırkı sahibinə 1,5 milyard funt-sterlinq ödəməyə hazırdı. Bu məbləğ isə
Qleyzer ailəsinin hesablamalarına uyğundu. Onlar bütün səhmlərin satışına görə təxminən 6 milyard funt-sterlinq qazanmağı planlaşdırır.
 
Belə bir razılaşma əldə olunarsa, Qleyzerlər yenə də “Mançester Yunayted”ə nəzarəti davam etdirəcək. Ailə 2005-ci ildən klubu idarə edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right