Türkiyə Superliqasında növbəti baş məşqçi istefası

“Ankaragücü” baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Komanda Superliqanın yeni mövsümündə uğursuz nəticələrə imza atıb. 7 oyundan sonra “Ankaragücü” hazırda turnir cədvəlində 6 xalla 14-cüdür.

Xatırladaq ki, bu, artıq yeni mövsümdə Superliqada 6-cı baş məşqçi istefasıdır. Daha əvvəl bu mövsüm "Başakşehir" Emre Belözoğlunu, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Erdal Güneşi, "İstanbulspor" isə Fatih Tekkeni, "Samsunspor" Hüseyin Eroğlunu istefaya göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right