"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun onun rəhbərliyi altında aldığı ən ağır məğlubiyyətdən danışıb.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Bavariya"ya uduzduqları görüşü (0:3) xüsusi fərqləndirib:
"Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində evdə "Bavariya"ya 0:3 hesab ilə məğlub olmuşduq. Bu, mənə görə ən ağır məğlubiyyətimiz idi. Bununla da Çempionlar Liqası ilə vidalaşdıq".
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nın baş məşqçisidr. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir. Xavi Kataloniya klubuna La Liqa çempionluğunu və ölkə Superkubokunu qazandırıb.
İspaniya çempionatının cari mövsümünün 8 turundan sonra "Barselona" 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Komanda lider "Real"dan 1 xal geri qalır.