"Barselona"da ciddi itki

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger La Liqanın 7-ci turunun "Sevilya" ilə matçında (1:0) sıradan çıxıb. 26 yaşlı futbolçu La Liqada "Qranada", "Çempionlar Liqasında isə "Portu" ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Rafinya cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right