"Nyukasl"ın yarımmüdafiəçisi Harvi Barns sıradan çıxıb. Newsport.az-ın xəbərinə görə, bu barədə klubun baş məşqçisi Eddi Xau məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı futbolçu əməliyyat olunmayacaq. Lakin dizindən zədə alan Harvi 3 ay oynaya bilməyəcək.
Qeyd edək ki, Barns İngiltərə Premyer Liqasının VI turunda "Şeffild Yunayted" (8:0) ilə oyunda zədələnib.