“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines sıradan çıxıb. Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı argentinalı futbolçunun aprel ayında aldığı zədə təkrarlanıb. Həkimlər Martinesin uzun müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, keçən il ciddi zədə alan Lisandronun metatars sümüyü sınmışdı.