Mourinyo "Roma"nın antirekordundan danışdı

"Roma"nın uğursuz çıxışları davam edir. 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi ötən gecə A seriyasında səfərdə "Cenoa"ya 1:4 hesabı ilə uduzub. Joze Mourinyonun komandası ilk 6 turda cəmi 5 xal toplayıb ki, bu da klub tarixinin antirekordudur.

"Cenoa" ilə oyundan sonra komandanın baş məşqçisi Joze Mourinyo uğursuzluqla bağlı danışıb: "6 turda cəmi 5 xal toplamışıq və bu, klub tarixinin ən uğursuz startıdır. Mənim üçün pis başlanğıcdır. Lakin onu da unutmayaq ki, bu komanda heç vaxt ardıcıl iki dəfə avrokuboklarda final oynamayıb".

Qeyd edək ki, "Roma" hazırda A seriyasında 5 xalla 16-cı sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right