Latviya və Polşadan UEFA-nın qərarına etiraz

Latviya Futbol Federasiyası və Polşa Futbol İttifaqı UEFA-nın bayrağı altında keçirilən gənclərin turnirlərində Rusiya yığması ilə oyunlarda komandalarını meydana çıxarmayacaq. Newsport.az xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidməti məlumat yayıb.
 
Latviya oyunlarda iştirak etməyəcəklərini bəyan edib. Polşa tərəfdi isə UEFA İcraiyyə Komitəsinin bəyanatından təəccübləndiyini və Rusiyaya qarşı oynamayacaqlarını açıqlayıb.
 
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi Rusiyanın 17 yaşadək komandalarının turnirlərə qatılmasına icazə verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right