Premyer Liqa klubları ingilis futbolçunu istəyir

Premyer Liqanın iki klubu "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu transfer etməyə hazırdır.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçisini qışda komandadan göndərmək istəyir.

Erik ten Haqla münasibəti yaxşı olmayan Sanço “Aston Villa" və "Kristal Pelas"dan təklif alıb.

23 yaşlı futbolçu 2021-ci ildə “Borussiya”dan (Dortmund) “Mançester Yunayted”ə keçib.

2018-2021-ci illərdə İngiltərə millisinin formasını geyinmiş Sançonun hansı kluba transfer olacağı dəqiq deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right