Zidan Deşamın gedişini gözləyir

Zinəddin Zidan hələ bir müddət də işsiz qalmağa razıdır. O, əsas hədəfi üçün bu addımı atır.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssisin əsas hədəfi Fransa millisinə rəhbərlik etməkdir. Bu üzdən o, Didye Deşamın istefa verəcəyi günü gözləyir.

Zidan Deşamın 2024-cü ilin yayında baş tutacaq Avropa Çempionatından sonra postundan gedəcəyinə ümid edir. Bu səbəbdən Zizu aldığı bir neçə təklifi geri çevirib.

Bugünədək yalnız “Real”da işləmiş, iki ayrı dönəmdə 4 il madridlilərə rəhbərlik etmiş Zidan 2021-ci ilin yayından bəri işsizdir. Deşam isə 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun yığma ilə müqaviləsi 3 ildən sonra başa çatacaq. Amma bəzi oyunçularla problem yaşayan saabiq yarımmüdafiəçinin yerli federasiya ilə münasibətləri də qaydasında olmadığından gələn yay istefa verəcəyi ehtimal edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right