Ukrayna millisi Belarus komandasına görə çimərlik futbolu üzrə dünya çempionatında oynamaqdan imtina edib. Bu barədə Ukrayna Çimərlik Futbolu Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Qurum FİFA və Ümumdünya Çimərlik Futbolu Təşkilatına müraciət göndərərək Belarus yığmasının turnirdə iştirakına yasaq qoymağı xahiş etmişdi. Lakin bu xahiş rədd edilmiş və belaruslara öz milli rəmzləri ilə iştirak etməyə icazə verilmişdi.
Xatırladaq ki, dünya çempionatı 2024-cü il fevralın 15-dən 25-dək BƏƏ-də keçiriləcək. Rusiya yığmasına turnirdə iştirak etməyə icazə verilməyib.