Ötən həftə Türkiyə millisindən istefaya göndərilən Stefan Kuntsun yeni iş yeri müəyyənləşib.
Alman mütəxəssis ölkəsində çalışacaq. O, Almaniyanın qadınlardan ibarət əsas milli komandasının baş məşqçisi olacaq.
60 yaşlı mütəxəssis 2021-ci ilin sentyabrından Türkiyə millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 20 matçda 12 qələbə qazanıb, 5 dəfə məğlub olmuşdu.