İspaniya La Liqasının son turund zədələnən Frenki de Yonqun durumu yaxşı deyil. “Selta” ilə matçda xəsarət aldığı üçün əvəzlənən yarımmüdafiəçi “Barselona”nın məşqlərindən bir müddət ayrı qalacaq.
Newsport.az xəbər veri ki, həkimlər Niderland millisinin üzvünün bir aydan çox müddətdə yaşıl meydanlardan kənar qalacağını bildirib. Bu isə onun oktyabrda “Real”a qarşı mövsümün ilk vacib oyununu qaçıracağı deməkdir.
Lakin müalicənin gedişindən də çox şey asılıdır. Yarımmüdafiəçinin həkim məsləhətlərinə ciddi əməl etməsi sayəsində “El Klasiko”ya yetişmək şansı var.
Xatırladaq ki, “Barselona” de Yonqun yoxluğunda “Selta”nı 3:2 hesabı ilə məğlub etməyi bacardı. “Real”la matç isə oktyabrın 28-də baş tutacaq.