"İnter"in forvardı Azərbaycanla matçı buraxa bilər

Avstriya milli komandasının hücumçusu Marko Arnautoviç AVRO-2024-ün F qrupunda oktyabrda Bakıda Azərbaycana qarşı keçiriləcək oyunu buraxmaq riski ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, “İnter”in hücumçusu İtaliya A Seriyasının dünən keçirilmiş "Empoli" ilə oyunda (1:0) zədələnib. 
Arnautoviçin bir neçə meydanlardan uzaq qalacağı gözlənilir.

Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.

34 yaşlı forvard 2018-ci ildən Avstriya millisinin formasını geyinir və bu illər ərzində 110 matça 36 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right