PSJ üçün ciddi itki

PSJ ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, komandasının aparıcı üzvü Kilian Mbappe zədələnib. 

O, Fransa çempionatının 6-cı turunda "Marsel"lə matçda sıradan çıxıb. 

Artıq ilk hissədə, 32-ci dəqiqədə Kilianı portuqaliyalı hücumçu Qonçalo Ramos əvəzləyib. Fransa millisinin üzvünün hansı müddətə meydandan kənarda qalacağı dəqiq deyil. Qeyd edək ki, görüş PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right