Bu yay PSJ-dən "Əl-Hilal"a keçən Neymar yeni komandasında problemlər yaşamağa başlayıb.
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
31 yaşlı hücumçu "Əl-Hilal"da cəmi 2 oyun keçirməsinə baxmayaraq, artıq problemlərlə gündəmə gəlib. Neymar Asiya Çempionlar Liqasında "Nevbahor Namenqan"la (Özbəkistan) matçdan sonra baş məşqçi Xorxe Jesusla mübahisə edib. Xesus paltardəyişmə otağında forvardı sərt şəkildə danlayıb.Bu hadisədən sonra Neymar klub rəhbərliyi ilə əlaqə saxlayıb və portuqaliyalı mütəxəssisin göndərilməsini istəyib.
"Sport İtalia"da və Səudiyyə Ərəbistanı mediasında yer alan xəbərlərə görə, "Əl-Hilal" rəhbərliyi Jesusun meneceri ilə görüşüb. Görüşdə komandanın nəticələrinin və oyununun yaxşılaşmayacağı təqdirdə Xorxe Jesusla müqaviləyə xitam veriləcəyi haqda xəbərdarlıq edilib.
Qeyd edək ki, Neymar "Əl-Hilal"la 2 illik müqavilə imzalayıb.