Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu Rəsmi

Türkiyə milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport⁸.az xəbər verir ki, "ay-ulduzlular"ı Vinçenso Montella çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis Türkiyə yığmasının baş məşqçisi postunda dünən istefaya göndərilən Ştefan Kuntsu əvəz edib.

Qeyd edək ki, Vinçenso Montellanın son iş yeri "Adana Demirspor" olub. O, 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right