"Bavariya" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Mançester Yunayted"i 4:3 hesabı ilə məğlub edib.Newsport.az xəbər verir ki, Almaniya təmsilçisinin futbolçusu Leroy Sane görüşü dəyərləndirib.
"Hücuma çıxmaq əla idi, amma daha az səhv buraxmalıyıq. Bu gün onlardan çox idi. 2:0 öndə olduğumuz zaman matçı nəzarətdə saxlamaq üçün oyuna daha soyuqqanlı yanaşmalıydıq", - deyə 27 yaşlı yarımmüdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.