Cengiz Ünder sıradan çıxdı

“Fənərbaxça” itki ilə üzləşib.Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Cengiz Ündər zədələnib.
 
Məlumatı klubun mətbuat xidməti yayıb. 26 yaşlı vingeri Super Liqanın 5-ci turunun “Antalyaspor”la görüşdə (3:2) xəsarət alıb.
 
Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, Ünder "Fənərbaxça"ya mövsümün əvvəlində “Marsel”dən keçib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right