DÇ-2030 üçün bir araya gəldilər

DÇ-2030-a ev sahibliyi etmək istəyən Mərakeş, Portuqaliya və İspaniya futbol federasiyalarının prezidentləri təklif planlarını müzakirə etmək üçün Madriddə görüşüblər. Newsport.az xəbər verir ki, görüşdə Ukrayna tərəfi iştirak etməyib.
 
Halbuki Ukrayna adıçəkilən federasiyalarla birlikdə mundiala ev sahibliyi etmək üçün birgə ərizə təqdim etmişdilər. Lakin İspaniya Kral Futbol Federasiyası daha sonra ölkədəki vəziyyətlə bağlı Ukraynanın namizədlər sırasında olmadığını elan edib.
 
DÇ-2030-a ev sahibliyi etmək üçün rəqiblər bunlardı: Uruqvay, Argentina, Paraqvay və Çilinin birgə iddiası və Misirlə Yunanıstanın birgə namizədliyi.
 
Qalibin yekun seçimi gələn il FİFA-nın 74-cü Konqresində keçiriləcək.
 
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. Final mərhələsində ilk dəfə 48 komanda iştirak edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right