Renat Dadaşov "Hatayspor"da debüt etdi

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyondiyi "Hatayspor" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov bu oyunda yeni komandasının heyətində debüt edib. 24 yaşlı forvard 63-cü dəqiqədə meydana daxil olub.

5 turdan sonra 7 xal toplayan "Hatayspor" 20 komanda arasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right