Səudiyyə Ərəbistanın "Əl-Nəsr" komandası İranın paytaxtı Tehrana gedib.
Newsport.az xəbər verir ki, səfərdə məqsəd Asiya Çempionlar Liqasının qrup mərhələsinin matçında yerli "Persopolis"lə görüşdə iştirakdır. "Əl-Nəsr"in İrana səfər edən futbolçuları arasında portuqaliyalı hücumçu Kriştiano Ronaldo da var.
Qeyd edək ki, "Persopolis" - "Əl-Nəsr" oyunu sentyabrın 19-u, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.