"Barselona"nın baş məşqçisi Xavi komandanın Çempionlar Liqasındakı məqsədlərindən danışıb.
Newsport.az xəbr verir ki, o, minimum hədəflərinin qrupdan çıxmaq olduğunu deyib: “Hazırda məqsəd qrupdan çıxmaqdır. Sonra görəcəyik. Keçən mövsüm yaxşı oynadıq, lakin nəticələr arzuolunan kimi olmadı. Sabah bu turnirdə səyahətimizə başlayırıq və vəzifəmiz 1/16 finala çıxmaqdır. Sabah Belçika çempionu ilə oynayacağıq, çox yaxşı komandadırlar. Sübut etməliyik ki, Çempionlar Liqasında hər kəslə rəqabət aparmağa hazırıq”.
2023/2024 Çempionlar Liqasının H qrupunda “Barselona” “Antverpen”, “Porto” və “Şaxtyor” klubları ilə qarşılaşacaq.