Maktominey – “Bayern”in ehtiyat variantı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey Bundesliqada oynaya bilər. Şotland futbolçu “Bayern”in hədəfindədir.

Newsport.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu münhenlilərdən təklif alıb. Mançesterlilərlə anlaşmaq mümkün olsa, Skott yanvarda Almaniyaya köçəcək. Təqribən 25 milyon avroluq təklif hazırda müzakirə mövzusudur.

“Bayern” yarımmüdafiə xəttinini gücləndirməyə ehtiyac duyur. Hazırda əsas hədəf “Fulhem”in üzvü Joau Palinyadır. Amma londonlularla qiymət mövzusunda anlaşma uzaq görünür. Bu səbəbdən münhenlilər ehtiyat variantı hazırlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right