Rusiya beynəlxalq yarışlara nə vaxt qayıdacaq?

UEFA prezidenti Aleksandr Çeferin Rusiya millisinin və Rusiya klublarının Avropa və dünya yarışlarında iştirak etməməsi haqqında danışıb.

Newsport.az xəbər verir ki, o, Rusiya təmsilçilərinin yalnız Ukrayna ilə müharibə başa çatdıqdan sonra beynəlxalq arenaya qayıda biləcəklərini deyib: 

“Rusiya nə vaxta qədər Avropa yarışlarından kənarda qalacaq? Ukrayna ilə müharibə başa çatana qədər. Yalnız bundan sonra onlar beynəlxalq arenaya qayıdacaqlar”.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir. UEFA və FİFA 2022-ci ilin fevral ayının 28-də Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right