Türkiyə millisi üçün italiyalı baş məşqçi

Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Newsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Ştefan Kuntsla yollarını ayıracaq. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Alman mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcək.

"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumdur. Federasiya Vinçenso Montella ilə razılıq əldə edib.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır. Montella isə son olaraq "Adana Demirspor"un baş məşqçisi olub. İtaliyalı çalışdırıcı 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right