“Adana Dəmirspor”dan “Şah”sız darmadağın

Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Pendikspor”la qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib. Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Adana Dəmirspor” bu qələbədən sonra 8 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right