Mahirin oynadığı matçda "Dinamo" qələbə qazandı

Futbol üzrə Xorvatiya çempionatında 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Slaven"i qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Spikiçin əvəzinə meydana daxil olub.

6 oyun keçirən "Dinamo" 13 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right