"Qəbələ" və "Araz-Naxçıvan" istədi, bu kluba qismət oldu

"Qəbələ" və "Araz-Naxçıvan"ın transfer siyahısında yer almış Denis Buşnya Azərbaycana gələsi olmayıb.

Newsport.az-ın məlumatına görə, adıçəkilən klubların heyətinə qatmaq istədiyi xorvatiyalı Gürcüstanda oynayacaq.

O, ölkənin ən tanınmış klubu olan “Dinamo”(Tbilisi) ilə müqavilə imzalayıb.

Futbolçunun Azərbaycana gəlişinin baş tutmaması maliyyə ilə bağlı olub. 23 yaşlı vinger karyerası ərzində “Riyeka”, “İstra”, “Sered”, “Bravo” klublarında oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right