Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu ölüb

Liviyada baş verən güclü daşqınlar nəticəsində dörd futbolçu həlak olub.

Newsport.az xəbər verir ki, yerli federasiya bu barədə "Əl-Cəzirə" kanalına məlumat verib.

Şahin Əl-Cəmil, Saleh Sassi, Əl-Hüseyn Şəluf və Muntera Sadakinin dünyasını dəyişdiyi bildirilib. Federasiya oyunçuların vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Liviyadakı daşqınlarda ölənlərin sayı iki mini keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right