"Birlikdə oynadığım ən yaxşı oyunçular Ronaldo, Ramos və Modriçdir"

“Real” və İspaniya millisinin müdafiəçisi Daniel Karvahal birlikdə oynadığı ən yaxşı futbolçuların adını çəkib.

Newsport.az xəbər verir ki, “Marca”ya danışan ispan futbolçu bunları deyib:

"Birlikdə oynadığım ən yaxşı oyunçular Kristiano Ronaldo, Serxio Ramos və Luka Modriçdir. Onlar səninlə danışanda bütün beş duyğunu ayıq tutmalısan. Nəyisə izah edəndə onu qeyd etməlisən. Görürsünüz də, səhər saat 6-da məşqə gəlirlər. Bu inanılmazdır”.

Qeyd edək ki, Daniel hər üç futbolçu ilə "Real"dan komanda yoldaşıdır. 31 yaşlı futbolçu 2013-cü ildə "Bayer"dən (Leverkuzen) "Real"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right