Ermənilər Xorvatiya ilə matçda təxribata əl atdılar

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb.

Newsport.az-ın məlumatına görə, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.

UEFA-nın bu təxribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right