İFFHS: Lamine Yamal “Sabah”ın futbolçusunun göstəricisini yaxşılaşdırıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli komandaların heyətində ən gənc yaşda qol vuran futbolçuların siyahısını dərc edib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İspaniya millisinin üzvü Lamine Yamal ilk “10-luğ”a düşməyi bacarıb.

O, üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla (7:1) görüşdə 16 yaş 57 günlüyündə fərqlənərək, yığmalarda qol vuran ən gənc üçüncü futbolçu olub. Yamal hazırda “Sabah”da çıxış edən lüksemburqlu Vinsent Tillin göstəricisini yaxşılaşdırıb.

Siyahıya isə irlandiyalı Samuel Conston başçılıq edir. O, 1982-ci ildə Uelslə qarşılaşmada qol vuranda 15 yaş 160 günlüyündə olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right