"Turan Tovuz"un futbolçusu oynadı, Moldova millisi qalib gəldi

Avro-2024-ün seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.

Oyun Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə Vadim Rata vurub.

Start heyətdə meydana çıxan Denis Marandiçi 90 dəqiqə meydanda olub.

Bu qələbə ilə xallarını 8-ə çatdıran Moldova millisi 2-ci pillədə qərarlaşıb. Lider Çexiyanın da 8 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right