"Lukaku üçün Belçika millisinin heyətində Azərbaycana qarşı oynamaq vacib idi"

İtaliya mətbuatı “Roma”nın və Belçika millisinin hücumçusu Romelu Lukakunun AVRO-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdiyi oyundakı performansını dəyərləndirib.

Newsport.az "Italy24" portalına istinadən xəbər verir ki, italiyalı həmkarlarımız start heyətində meydana daxil olub, 65-ci dəqiqədə əvəzlənmiş Lukaku barədə bunları yazıb:

"Romelu Lukaku üçün Belçika millisinin heyətində Azərbaycana qarşı oynamaq vacib idi. “Qırmızı şeytanlar”ın Azərbaycanla oyununda “Çelsi”nin sabiq futbolçusu qol vura bilməsə də, oyunun tempindən düşmədi. O, qol ötürməsini də edə bilərdi, amma Trossardın zərbəsi dirəyə tuş gəldi.Lukaku oyunçuları irəli aparan səssiz lider kimi idi. Milli komanda yenidən işə başlamaq və forma almağa başlamaq üçün fürsətdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right