"Trabzonspor" "Arsenal"ın futbolçusunu pulsuz transfer etdi

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Qara Dəniş təmsilçisi "Arsenal"dan Nikolas Pepeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" 28 yaşlı vinger üçün İngiltərə klubuna təzminat ödəməyib. Fil Dişi Sahili millisinin üzvü Super Liqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Arsenal" Nikolas Pepeni 2019-cu ilin yayında "Lill"dən transfer etmişdi. Ön xətt oyunçusu son mövsümü icarə əsasında "Nitsa"nın heyətində keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right