Türkiyə - Ermənistan matçında Azərbaycan bayraqları FOTOLAR

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində Türkiyə millisi doğma azarkeşləri önündə Ermənistan yığmasını qəbul edir.

Newsport.az-ın məlumatına görə, oyunun keçirildiyi “Yeni Eskişehir” stadionun tribunalarında Azərbaycan bayraqlarına da rast gəlmək mümkündür.

Belə ki, matçı izləyən azərbaycanlı futbol həvəskarları stadionda dövlət bayrağımızı açıb.

Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılsa da, bununla bağlı rəsmi açıqlama olmamışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right