Ermənistan himni Türkiyədə fitə basıldı

Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun  Türkiyə - Ermənistan matçı öncəsi hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Newsport.az-ın məlumatına görə, Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan himnini fitə basıb. Buna görə rəqib komandanın himni eşidilməyib.

Qeyd edək ki, bu komandalar arasında İrəvanda keçirilən matçda ermənistanlı azarkeşlər Türkiyə himnini fitə basmışdı. Türkiyəli fanatlar da bu addıma cavab veriblər.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right