İngiltərənin "Aston Villa" klubu Filipe Koutinyonu icarəyə verib.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçini Qətərin "Əl Duhail" klubuna göndərib. Bu barədə "Aston Villa"nın mətbuat xidməti məlumat yayıb.
31 yaşlı vinger 2023/2024 mövsümünü icarə əsasında Asiya təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Aston Villa" Filipe Koutinyonu 2022-ci ilin yanvar ayında "Barselona"dan transfer edib. Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.