İngiltərənin "Çelsi" klubunun heyətində növbəti itki baş verib.
Newsport.az-ın məlumatına görə, London təmsilçisinin yeni transferi Romeo Lavia sıradan çıxıb. Belçikalı yarımmüdafiəçi komandanın məşqi zamanı ayaq biləyindən xəsarət alıb.
"Çelsi"nin oyunçuları Kristofer Nkunku, Uelsi Fofana, Riis Ceyms və Benua Badyaşil də zədəlidir.
Qeyd edək ki, "Çelsi" Romeo Lavianı yay transfer pəncərəsi zamanı "Sauthempton"dan transfer edib.