Belçikanın təxmini “11-liy”i: Tedesko 4-3-3-ə güvənəcək

Belçika yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə görüşdəki təxmini “11-liy”i müəyyənləşib. Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Domeniko Tedesko “Dalğa Arena”dakı görüşdə 4-3-3 sxemindən yararlanacaq.
 
Ehtimala görə, Romelu Lukaku formadan uzaq olsa da, ilk dəqiqələrdən meydanda olacaq.
 
Qapıçı: Kun Kastels
Müdafiəçilər: Vout Faes, Yan Vertongen, Artur Teat, Timoti Kastan
Yarımmüdafiəçilər: Yuri Tilemans, Amadou Onana, Yannik Karrasko
Hücumçu: Ceremi Doku, Leandro Trossard, Romelu Lukaku
 
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək matç saat 17:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right