"Qalatasaray" norveçli futbolçunu satdı Rəsmi

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi Fredrik Midtsyönü "Pendikspor"a satıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Son Türkiyə çempionu norveçli yarımmüdafiəçinin satışından 3 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, "Qalatasaray" Fredrik Midtsyönü ötən ilin yayında "AZ Alkmar"dan transfer etmişdi. 30 yaşlı orta xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right