"Volfsburq"un futbolçusu millimizlə oyun üçün həyətə qoşuldu

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Belçika seçməsinin heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə cəlb edib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Volfsburq"un 20 yaşlı yarımmüdafiəçisi "qırmızı şeytanlar"la birlikdə Bakıya gələcək.

Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması 9 sentyabr tarixində saat 17:00-da "Dalğa Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right