Coşqun Diniyevin baş məşqçisi istefaya göndərildi

Türkiyə I Liqasında mübarizə aparan "Ümraniyespor"da baş məşqçi ayrılığı gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Musata Erlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mustafa Er aprel atından "Ümraniyespor"u çalışdırırdı. Komanda cari mövsümdə çempionatda keçirdiyi 4 oyundan sonra 2 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Ümraniyespor"da Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right