Türkiyə - Ermənistan matçında Azərbaycan bayrağı qadağası

Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Ermənistan seçməsini qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qarşılaşmada Azərbaycan bayrağının stadiona buraxılmayacağı gözlənilir. Bu barədə yerli media məlumat yayıb.

Azərbaycan bayrağının rənglərini özündə əks etdirən afişalar və posterlərin də tribunalarda göstərilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Türkiyə - Ermənistan matçı sabah Bakı vaxtilə saat 22:45-də Eskişehirdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right