Türkiyə klubu sabiq baş məşqçisini geri qaytarıb

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Newsport.az əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudike ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.
 
Qeyd edək ki, son olaraq Səudiyyə Ərəbistanında "Əl Raed"də işləyən Marius Şumudike 2019-2021-ci illərdə də
"Qaziantep"in "sükanı arxasında" olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right